Nov 10, 2019 16:28 Asia/Baku
  • Böyük İslam Peyğəmbəri(s.ə.s)-in mövludunun ildönümü günü və Vəhdət həftəsi mübarək olsun!

Bu gün, rəbiuləvvəl ayının on ikisi, sünni əhlinin rəvayətinə görə, Böyük İslam Peyğəmbəri, Həzrət Muhəmməd Mustəfa(s.ə.s)-in mövludunun ildönümü günü və Vəhdət həftəsinin başlanğıc günüdür.

İran İslam Respublikasının banisi, Həzrət İmam Xomeyni(r.ə.) 12 və 17 rəbiuləvvəl tarixləri arasında olan müddəti “vəhdət həftəsi” adlandırdı.

Bu həftə xüsusən fitnə və iğtişaşla dolu indiki zamanda İslam Dünyasının birliyi və həmrəyliyi zərurətinin daha artıq diqqətlə araşdırılması üçün münasib bir fürsətdir.

Hərçənd müxtəlif məzhəblərdən olan müsəlmanlar bəzi rəy və əhkamlarda fikir ayrılığına malikdirlər, amma tək Allaha inam, səmavi kitab, Peyğəmbər və eyni qiblə kimi bir çox ortaqlıqlara malikdirlər.

Həmçinin müsəlmanlar namaz, orucluq, həcc, zəkat və sair kimi mühüm ibadətlərin yerinə yetirilməsində firkir birliyinə malikdirlər.

İran İslam Respublikasının TeleRadio Təşkilatı əziz İslam Peyğəmbəri(s.ə.s)-in mövludunu bəzəyən mübarək vəhdət həftəsinin başlanğıcında bu səadətli münasibətlə bütün dünya müsəlmanlarını təbrik edir.

 

 

Teqlər

Şərhlər