Avq 07, 2020 11:30 Asia/Baku

SEYİD HƏSƏN NƏSRULLAH SON OLAYLARI DƏYƏRLƏNDİRİR - LİVAN HİZBULLAHININ BAŞ KATİBİ

Verilişin müddəti :    00:47:00

Tarix :     07-08-2020 

 

 

---------------------------------------------------------------------------------------------------

 

Nəsrullah: Beyrutun partlayışı böyük bir insani və milli fəlakətdir

Cümə günü Livan Hizbullahının baş katibi Seyid Hassan Nəsrullah deyib: Beyrutda baş verən partlayış böyük bir insani və milli fəlakətdir.

 

SəhərAzəri xəbər verir, Seyyid Həsən Nasrullah, Livanın Əl-Minar və İranın Səhər kanalı da daxil bir çox beynəlxalq teviziya şəbəkələri vasitəsi ilə canlı yayımlanan çıxışında deyib: Bu fəlakətin nəticələri böyük və təhlükəlidir və sosial, sağlamlıq və iqtisadi nəticələrə malikdir.O deyib: "Bütün hökumət idarələri və xalq hadisə yerində idi və unudulmaz səhnələr yaratdılar." Livanın Hizbullahının baş katibi əlavə olaraq deyib: “Ümidvarıq ki, hamımız bu faciəni səbr, əzmkarlıq və müqavimətlə arxada qoyaq. Nəsrullah həmçinin deyib: "Ölkələrin, böyük dini mərcələrin, siyasi cərəyanların və partiyaların mövqeləri yaxşı idi və mühasirəyə alınmış ölkəyə kömək etməyə hazır olduqlarını ifadə etdilər." Hizbullahın baş katibi vürğulayıb: "Amerikalılar bütün Livan xalqını cəzalandırdılar və kaş yalnız Hizbullah olurdu." O qeyd etdi ki; Hizbullah faciədən zərər çəkmiş ailələrə sığınacaq vermək üçün tədbirlər görməyə hazırdır.Hizbullahın baş katibi həmçinin deyib: Fransa Prezidenti Emmanuel Makronun Livana səfəri və ölkələrin ölkəmizə kömək və dəstəyi ilə bağlı müsbət fikirdəyik və bunun müsbət tərəflərinə baxırıq və bu səfər Livan üçün mühasirədən çıxmaq üçün bir fürsətdir.

Qeyd edək ki Livan Hizbullahının Baş Katibi Seyyid Həsən Nəsrullahın həmin çıxışının yazılı videosunu Az sora Saytımızın arxivində görə bilərsiniz.

 

 

 

Teqlər

Şərhlər