• İranlı taekovandoçular uğurlu çıxış ediblər

İranın qadınlardan ibarət taekovando üzrə yığma komandası Afrika Beynəlxalq Prezident Kubokunun qalibi olub.

İRNA-nın məlumatına görə, İranın qadınlardan ibarət yığma komandası üç qızıl, iki gümüş, üç bürünc medal və ümumilikdə 30 xal toplayaraq I Afrika Beynəlxalq Prezident Kubokunun qalibi olub. 

Fatimə Mustəfayi, FAtimə Məddahi və Əkrəm Xodabəndə qızıl medala layiq görülən iranlı taekovandoçular olublar. 

Fil Dişi Sahili və Xorvatiya yığmaları da ikinci və üçüncü yerləri tutublar. 

I Afrika Prezident Kuboku yarışları 34 ölkədən 339 idmançının iştirakı ilə Mərakeşin Agadir şəhərində keçirilib. 

Apr 10, 2017 16:39 Asia/Baku
Şərhlər