• İran yığması Asiya çempionu oldu

İranın sərbəst güləş üzrə yığma komandası 8 qızıl, gümüş və bürünc medalla Hindistan paytaxtı Yeni Dehlidə keçirilən 27-ci Asiya Çempionatının qalibi olub.

İRNA-nın məlumatına görə, 8 iranlı güləçi bazar günü Hindistan paytatı Yeni Dehlidə güclü rəqiblərini məğlub etdikdən sonra ümumilikdə, üç qızıl, bir gümüş və 4 bürünc medal qazanıblar. 

İran güləşçiləri 61, 86 və 125 kq çəki dərəcələrində qızıl medala layiq görülüblər. 

İran yığması 97 kq çəki dərəcəsində gümüş medal qazanıb. 

57, 65 və 70 kq çəki dərəcələrində də iranlılar bürünc medala yiyələniblər. 

Sərbəst Güləş üzrə Dünya Çempionatının sıralamasında İran 71, Yaponiya 55 və Özbəkistan 49 xalla müvafiq olaraq 1-3-cü yerləri tutublar. 

Sərbəst Güləş üzrə 27-ci Asiya Çempionatı 23 ölkədən 112 güləşçinin iştirakı ilə Hindistan paytaxtı Yeni Dehlidə İndra Qandi idman mərkəzində keçirilib. 

May 15, 2017 09:39 Asia/Baku
Şərhlər