May 27, 2015 10:19 Asia/Baku
  • General-mayor Əhmədrza Purdəstan - İran ordusu Quru Qoşunları komandanı
    General-mayor Əhmədrza Purdəstan - İran ordusu Quru Qoşunları komandanı

İran ordusunun Quru Qoşunlarının komandanı deyib ki, bu qoşunlar hazırda vacitəçi döyüşlər atmosferinə girməyə lazımi hazırlığı əldə etməkdədir.

Fars xəbər agentliyinin məlumatına görə, İran ordusunun Quru Qoşunlarının komandanı general-mayor Əhmədrza Purdəstan "Beytul-Muqəddəs 27" manevri başa çatandan sonra deyib: Ötən illərdə ən çox hədələr qeyri-bərabər döyüşllər ilə bağlı idi və İran ordusu da bu mühit ilə mübarizə üçün lazımi üsul və taktikalar hazırlayırdı.
Purdəstan "Beytul-Muqəddəs 27" manevrinin keçirilməsi haqda da deyib: Bu manevrin İranın qərbində keçirilən ilk etapında piyada qoşunları, zirehli qoşular, artilleriya, sürətli reaksiya qüvvələri, desant və hava qüvvələri rol oynayırdılar.
İran ordusunun Quru Qoşunlarının komandanı əlavə edib: Manevrin ikinci etapı da İsfahan vilayətinin Kaşan məntəqəsində ordunun quru qoşunlarının Naziat və Fəcr raketlərinin uğurlu atışı ilə başlanıb və yekun mərhələsində piyada qoşunları, zirehli qoşular, hava qüvvələri və xüsusi diviziya hava qüvvələrinin bir qrup qırıcısı ilə öz bacarıqlarını göstəriblər.

Teqlər

Şərhlər