Jun 29, 2015 09:46 Asia/Baku
  • İran prezidenti: Bu gün İslam və Quranın adından sui-istifadə olunur
    İran prezidenti: Bu gün İslam və Quranın adından sui-istifadə olunur

İran İslam Respublikası prezidenti deyib: Bu gün regionda İslam, cihad və Qurann adından sui-istifadə olunur.

Səhər kanalının məlumatına görə, höccətulislam vəlmuslimin Həsən Ruhani bazar günü gecə bir qrup Əhli-Beyt(ə) mədhiyyəçisi və Qurani-Kərim xadimi qarşısında Küveytdəki son terror teraktına toxunaraq, söyləyib: Bu gün məsciddə cümə namazı qılarkən camaatı İslam adı altında tikə-tikə edirlər.
O, "Quran və Əhli-Beyt(ə) bizim hər iki dünyamızın səadətinə zəmanət verə bilərlər" deyərək əlavə edib: Amma bəzən ən yaxşı ilahi nemətlərdən sui-istifadə olunur və insanın haqq və Quran adından Qurana və haqq və hidayət yoluna xəyanət etməsindən artıq iftira və zülm ola bilər?
İran İslam Respublikası prezidenti İslam İnqilabının hədəfini İran cəmiyyətinin, həmçinin digər müsəlmanlar və bütün haqsevər insanların istiqamətləndirilməsi adlandırıb və belə əlavə edib: İran ölkəsinin, İslam İnqilabının və İslami Quruluşun iftixarı budur ki, Qurana və paklıq Əhli-Beyti(ə)-a söykənir.

Teqlər

Şərhlər