Jul 05, 2015 19:05 Asia/Baku
  • Nüvə müzakirələri sıx formada davam etdirilir
    Nüvə müzakirələri sıx formada davam etdirilir

İran və 5+1 ölkələri heyətlərinin razılığa çatmaq üzrə müzakirələri sıx və mürəkkəb formada Vyanada davam edir.

IRIB-nin məlumatına görə, bu gün günortadan sonra İran və Amerikanın diplomatiya idarələrinin başçıları Məhəmməd Cavad Zərif və Con Kerrinin iclasının başa çatmasından sonra İran Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi və Amerikanın energetika naziri Ernest Moniz öz texniki iclaslarını keçiriblər.
Belə bir halda, razılaşma mətninin əlavələri ilə bağlı müavinlər və ekspertlər səviyyəsindəki müzakirələr aparılmaqdadır və onlar dörd əlavə üstündəki ixtilafları aradan qaldırmaqla məşğuldurlar ki, bu sahədə ən əsas ixtilaf, sanksiyalar və müvafiq tədbirlər üstündədir.
Həmçinin qərar üzrə bu gün Fransa, Almaniya və İngiltərənin xarici işlər nazirləri- Loran Fabius, Frank Valter Ştanmayer və Filipp Hamond Vyanadakı nüvə müzakirəçilərinə qatılmalıdırlar.
Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru Federika Moqerini bir bəyanatda bildirib ki, yeddi ölkənin xarici işlər nazirlərinin danışıqlarında iştirak etmək üçün bazar günü Vyanaya gələcək.
Bu məlumata əsasən, Çin və Rusiyanın xarici işlər nazirləri ehtimal üzrə sabah Vyanaya daxil olacaqlar.
Belə bir halda, bəzi qaynaqlar İranla bəzi ixtilaflı dosyaların həlli tərzi, həmçinin sanksiyaların ləğvi üçün BMT Təhlükəsizlik Şurasının qətnaməsinin verilməsi zamanı barədə altılıq ölkələri arasında ixtilafların yaranmasından xəbər veriblər.
Nüvə müzakirələrinin finiş xəttinə əlli beş saatdan az bir vaxtın qaldığı bir halda, iranlı nüvə müzakirəçiləri razılaşmanın imzalanacağı gün bütün sanksiyaların ləğvini vurğulayırlar.

Teqlər

Şərhlər