• Sərdar Həmədani Hələbdə məsləhətvermə tapşırığını yerinə yetirərkən şəhid olub

İran İslam İnqilabı Keşikçilər Korpusu Sepahın ictimai əlaqələr şöbəsi bir bəyanat verərək general-leytenant Hüseyn Həmədaninin Suriyada şəhid olduğunu bildirib.

Səhər Beynəlxalq Televiziyasının Sepah Nyuza istinadla verdiyi məlumata görə, İran İslam İnqilabı Keşikçilər Korpusu Sepahın ictimai əlaqələr şöbəsi cümə günü bir bəyanat verərək sərdar Hüseyn Həmədaninin Suriyada şəhid olması ilə bağlı İslam İnqilabının Böyük Rəhbəri və İran xalqına başsağlığı verib.
Bu bəyanatda bildirilib: Müqəddəs Müdafiə dövrünün komandanlarından, İslam İnqilabı Keşikçilər Korpusunun məsləhətçilərindən, ötən illərdə Həzrət Zeynəb (s.ə) hərəminin qorunmasında təyinedici rola malik müdafiəçilərdən və Suriyda terrorçularla müharibədə islam müqaviməti cəbhəsinin güclənməsinə köməklik edənlərdən sərdar Həmədani ötən gün Hələb şəhərinin ətrafında məsləhət tapşırığını yerinə yetirdiyi zaman İŞİD terrorçuları tərəfindən şəhid edilib.
Oct 09, 2015 14:24 Asia/Baku
Şərhlər