Nov 24, 2015 08:14 Asia/Baku
  • Qaz İxrac edən Ölkələr Forumunun üçüncü sammitinin yekun bəyanatı
    Qaz İxrac edən Ölkələr Forumunun üçüncü sammitinin yekun bəyanatı

Qaz İxrac edən Ölkələr Forumunun üçüncü sammiti bazar günü gecə bir bəyanat yayaraq, öz işini başa vurub.

Qaz İxrac edən Ölkələr Forumunun üçüncü sammitinin yekun bəyanatında deyilir ki, Qaz İxrac edən Ölkələr Forumuna üzv ölkələrin başçıları həmrəylik və həmkarlıq əsasında foruma üzv ölkələrin forumun əsasnaməsinin prinsip və hədəflərinə sədaqəti və öz təbii qaz ehtiyatlarına daimi hakimiyyət hüquqlarını vurğulayıblar.
Bəyanatda sonra deyilir: Foruma üzv ölkələr arasında bütün dünyada təbii qazdan istifadənin yüksəldilməsi yolunda müştərək addımlar və ən yaxşı iş metodlarından birgə istifadə və qaz sənayesi sahəsində informasiya mübadiləsi yolu ilə həmkarlıq və ahəngdarlıq zəruridir.
Qaz İxrac edən Ölkələr Forumu ekoloji nigaranlıqlar, həmçinin siyasi və iqtisadi inamsızlıqlardan qaynaqlanan problemlərə əsasən, təbii qaz resurslarına insaflı və aqilanə dəyər verilməsinin önəminə təkid edib.
Bəyanatda əhali artımı, iqtisadi artım və ekoloji mülahizələrdən irəli gələn təbii qaza artan tələbə işarə olunaraq, tələb və təqdimin təhlükəsizliyi ilə bağlı daha artıq diqqətin vacib olduğu vurğulanıb.
Qaz İxrac edən Ölkələr Forumuna üzv ölkələr həmçinin təbii qaz mənbələrindən irəli gələn sosial və iqtisadi maraqların yüksəldilməsi məqsədilə beynəlxalq səviyyədə ahəngdar strategiya və siyasətlərin icrası yolu ilə üzv ölkələrin mənafelərinin himayəsini vurğulayıblar.

Teqlər

Şərhlər