Yan 20, 2016 20:58 Asia/Baku
  • Türkiyə İran ilə əlaqələrini genişləndirmək istəyir
    Türkiyə İran ilə əlaqələrini genişləndirmək istəyir

Türkiyənin gömrük və ticarət naziri ölkəsinin İran ilə ticarət və iqtisadi əlaqələri genişləndirmək niyyətində olduğunu bildirib.

İRNA-nın məlumatına görə, Bülənt Tüfəngçi çərşənbə günü nüvə anlaşmasının icraya qoyulmasını müsbət qarşılayıb və deyib: Türkiyə yaranmış fürsətdən istifadə edərək, İran ilə ticarət əlaqələrini genişləndirmək istəyir.

Tüfəngçi Tehranı Ankaranın strateji və yaxın müttəfiqi və şəriki adlandırıb və deyib: Türkiyə İran ilə gömrük məntəqələrində yenidənqurma işləri həyata keçirmək istəyir.

Tüfəngçi bundan öncə də İran və Türkiyə arasında yeni gömrük məntəqələrinin təsis edilməsi ilə bağlı danışıqların aparılmasından xəbər vermişdi.

Teqlər