• İran xalqı yenə qəhrəmanlıq yaratdı
    İran xalqı yenə qəhrəmanlıq yaratdı

Bu gün, cümə axşamı, İran İslam İnqilabının qələbəsinin 37-ci ildönümü günüdür.

Bütün İran xalqı bu münasibətlə 22 bəhmən-11 fevral, İran İslam İnqilabı qələbəsinin 37-ci ildönümü yürüşündə geniş şurətdə iştirak edərək, İslam İnqilabının, İran İslam Respublikasının dahi banisi Həzrət İmam Xomeyni(r.ə.)-in və İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin amalları ilə beyətini təzələyib və müqəddəs İran İslam Respublikası quruluşuna öz vəfadarlığını bir daha sübuta yetiribdir.

Pəhləvi rejiminə qarşı yönəlmiş İran İslam İnqilabı 1979-cu il fevralın 11-də İran İslam Respublikasının dahi banisi Həzrət İmam Xomeyni(r.ə)-in rəhbərliyi altında zəfər çaldı.

İran İslam İnqilabı qələbəsinin 37-ci ildönümü günü yürüşü Tehranla yanaşı, İran boyu mindən çox şəhər, şəhrestan, məntəqə və dörd mindən yuxarı kənddə keçirilib.

5 min 200-dən çox müxbir, fotoqraf və kinooperator 22 bəhmən yürrüşünü işıqlandırıbdır ki, bu miqdardan iki min daxili müxbir, fotoqraf və kinooperator və yalnız Tehranda 280 xarici müxbir, həm də bütün İran vilayətlərində üç mindən çox müxbir, fotoqraf və kinooperator xalqın22 bəhmən yürüşündəki iştirak qəhrəmanlığını əks etdirib.

Feb 11, 2016 16:54 Asia/Baku
Şərhlər