• İranda seçkilər başlandı

İranda İslam Şurası Məclisinə seçkilərin onuncu və Rəhbərlik Xübreqanı Məclisinə seçkilərin beşinci dövrü bu gün, cümə günü səhər, eyni vaxtda bütün İslami İranda başlanıb.

Cümə günü səhər saat səkkizdən başlanmış İslam Şurası Məclisinə və Rəhbərlik Xübreqanı Məclisinə seçkilər saat 18-dək davam edəcək ki, bəzi seçki məntəqələrində ehtiyacın duyulduğu təqdirdə və daxili işlər nazirinin təsdiqi ilə uzadılacaqdır.

İran xalqı nəzərdə tutduğu namizədləri seçərək, İslam Şurası Məclisinə 290, Rəhbərlik Xübreqanı Məclisinə də 88 nümayəndə göndərəcəkdir.

İslam Şurası Məclisinə seçkilər üçün 207 əsas və 900 köməkçi seçki dairəsi, Rəhbərlik Xübreqanı Məclisi üçün isə 31 əsas və 1035 köməkçi seçki dairəsi nəzərdə tutubdur.

İranın daxili işlər naziri Əbdürreza Rəhmani Fəzli seçkilər ərəfəsində İslam Şurası Məclisinə və Rəhbərlik Xübreqanı Məclisinə seçkilərin keçirilməsi üçün icra amillərinin tam hazır olmalarından xəbər verərək deyib: Bu seçkilərdə səsvermə üçün 52 min şöbə və 120 min qutu nəzərdə tutulub və bir milyon icra amili İran xalqından səs almaq üçün fəaliyyət göstərəcək.

Rəhmani Fəzli əlavə edib: Təqribən 55 milyon iranlı İslam Şurası Məclisinə və Rəhbərlik Xübreqanı Məclisinə seçkilərdə səsvermə şəraitnə malikdir.

Dünyanın 29 ölkəsindən 473 müxbir bu seçkiləri işıqlandıracaq.

İslam İnqilabının Böyük Rəhbəri çərşənbə günü İsfahanın Nəcəfabad məntəqəsinin əhalisi qarşısında xalqın seçkilərdə geniş iştirakının İslam İnqilabının yenidən dünyada heybəti və əzəmətinə səbəb olacağını bildirərək, əlavə etdilər: Seçkilər milli qüdrət, əzmkarlıq və müqaviməti göstərməkdən əlavə, böyük bir xalqın qərəzlərlə dolu hədəflərlə mübarizə meydanındakı vəfadarlığı, şücaəti və fədakarlığını göstərib, sübut edəcəkdir.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani də seçkilərdə geniş iştirakın dünyada İran xalqının etibarının yüksəlməsinə səbəb olacağını bildirərək, dedi ki, region və dünyanın hazırkı şəraiti bu seçkilərin önəmini artırıbdır.

İranın dini azlıqları, o cümlədən zərdüştlər və kəlimilər də bu gün-cüməgünkü seçkilərdə geniş iştiraka öz hazırlıqlarını bildiriblər.

İran İslam Şurası Məclisində zərdüştlər və kəlimilərin hər birisi bir, assori və keldani xristianlar isə bütövlükdə bir nümayəndəyə malikdirlər. Şimal və cənub erməni xristianlarının da hər birisi məclisdə bir nümayəndəyə malikdir.

Feb 26, 2016 09:04 Asia/Baku
Şərhlər