• İnqilab Rəhbəri İran xalqının seçkilərdə geniş iştirakını vurğulayıblar
    İnqilab Rəhbəri İran xalqının seçkilərdə geniş iştirakını vurğulayıblar

İslam İnqilabının Böyük Rəhbəri İslam Şurası Məclisinə və Rəhbərlik Xübreqanı Məclisinə seçkilərin keçirilməsinin ilkin dəqiqələrində öz səslərini qutuya salıblar.

Həzrət Ayətullahuluzma Xamenei bu gün, cümə günü səhər İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə öz səslərini İslam Şurası Məclisinə seçkilərin onuncu və Rəhbərlik Xübreqanı Məclisinə seçkilərin beşinci dövrü üzrə qutulara salandan sonra bir çıxışda seçkilərdə iştirakı hər bir iranlının haqqı və borcu adlandıraraq, belə vurğulayıblar: Seçkilər elə keçirilməlidir ki, düşməni məyus etmiş və tamahkarlıq gözünü İrandan uzaqlaşdırmış olsun.

İslam İnqilabının Böyük Rəhbəri hazırkı seçkilərin önəmli olduğunu vurğulayaraq, deyiblər: İranı, islami izzəti və milli əzəməti istəyən hər bir kəs seçkilərdə iştirak etməlidir.

O həzrət söyləyiblər: İslami maarifdə və islami göstərişlərdə xeyir işdə əməl sürəti və irəliləyiş tövsiyə olunub, buna görə, xalq seçki məntəqələrində iştirak üçün sürətlə hərəkət etməlidir, amma bu hərəkət tələsiklik və aludəlik sürəti demək deyildir.

Həzrət Ayətullahuluzma Xamenei ümidvarlıq ediblər ki, İran xalqı bu seçkilərdə də keçmiş seçkilərdə olduğu kimi, əzəmətli iştiraka malik olacaq.

İranda İslam Şurası Məclisinə seçkilərin onuncu və Rəhbərlik Xübreqanı Məclisinə seçkilərin beşinci dövrü bu gün, cümə günü səhər saat səkkizdə ölkə boyu 1063 əsas və 52 mindən yuxarı köməkçi seçki məntəqəsində başlanıb.

Bu iki seçkidə 54 milyon 915 min 24 nəfər səsvermə şəraitinə malikdir ki, bu gün saat 18-dək ölkə boyu seçki məntəqələrinə müraciət edərək, öz səsini qutuya sala bilər.

Feb 26, 2016 09:41 Asia/Baku
Şərhlər