• İshaq Cahangiri
    İshaq Cahangiri

İran İslam Respublikasının vitse-prezidenti deyib: Enerji təminatı İran İslam Respublikasının iqtisadi inkişafının vacib detallarındandır.

İran İslam Respublikası prezidentinin 1-ci müavini İshaq Cahangiri Buşehr Atom Elektrik Stansiyasının 2-ci mərhələsinin təməlqoyma mərasimində deyib: Araşdırmaların nəticələri göstərir ki, enerji istehsalı metodları çeşidli olmalıdır və müxtəlif mənbələrdən qeyri-karbohidrogen yanacaqlardan faydalanmaq lazımdır. 

İran prezidentinin müavini İranın nüvə enerjisini əldə etmək üzrə səyinin bəzi beynəlxalq qüdrətlərin yanlış anlaşılmazlığı və siyasi xarakterli qərarlar yürütməsi ilə üzləşdiyini bəyan edərək deyib: Nüvə anlaşmasının icrası ilə bu məhdudiyyətlər aradan qaldırıldı. 

Cahangiri İranın Rusiya ilə siyasi, iqtisadi və hərbi sahələrdə strateji əməkdaşlığının davam etməsini xatırladaraq əlavə edib: Nüvə stansiyasının inşasında İranın kadrları və potensialından istifadə Tehran və Moskvanın razılaşdığı hallardandır. 

Sep 10, 2016 12:46 Asia/Baku
Şərhlər