Dec 07, 2016 15:54 Asia/Baku
  • İran parlamenti
    İran parlamenti

İran İslam Şurası Məclisi İranın Polşa ilə mütəşəkkil cinayətkarlıq və Azərbaycan Respublikası ilə su və su elektrik stansiyaları haqda əməkdaşlıq anlaşmasını təsdiqləyib.

İRNA-nın məlumatına görə, İran İslam Şurası Məclisi çərşənbə günü İran və Polşanın əməkdaşlıqların genişləndirilməsi və BMT konvensiyaları və digər berynəlxalq sənədlərə əsasən mütəşəkkil cinayətkarlığın genişlənməsi ilə təsirli mübarizə məqsədilə əməkdaşlıq etməsinə razılıq verib. 

İran parlamentinin bugünkü plenar iclasında həmçinin İran və Azərbaycan Respublikası arasında Araz çayı üzərində Xudafərin və Qız Qalası su bəndləri və su elektrik stansiyalarının inşası, istifadəyə verilməsi və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq anlaşması təsdiqlənib. 

Teqlər

Şərhlər