Jan 08, 2017 00:35 Asia/Baku
  • İranın yeni silahlarının təqdimatı olacaq

İran İslam Respublikası Ordusu Dəniz Qoşunları komandanı deyib: Vilayət 95 böyük hərbi dəniz təlimlərində, silahlar, modern təchizatlar və yeni döyüş taktikalarının təqdimatı keçiriləcək.

İran Ordusu Dəniz Qoşunları komandanı kontr-admiral Həbibullah Səyyari Təsnim İnformasiya Agentliyi ilə müsahibədə deyib: Vilayət 95 böyük hərbi dəniz təlimləri gələn ay İslam Respublikasının sularında və Hind okeanının beynəlxalq sularında keçiriləcək.

Admiral Səyyari əlavə edib: Bu hərbi təlimlər yüksək əhəmiyyət kəsb edir və İran Ordusu Dəniz Qoşunları bu təlimlərdə bu qüvvələrin hərbi potensialını yüksəldəcək yeni silah və təchizatların təqdimatını keçirəcək.

İran Ordusu Dəniz Qoşunları komandanı bu qüvvələrin raket və istənilən hücumla mübarizə aparmaq iqtidarında olduğunu bəyan edərək bildirib: Vilayət 95 hərbi təlimlərində sınaqdan keçirilən müxtəlif raketlərdən istifadə olunacaq.

İranın hərbi rəsmilərinin bildirdiyinə görə, İran İslam Respublikasının müxtəlif hərbi təlimlərinin müraciəti dostlar və region üçün sülh, dostluq və təhlükəsizlik və düşmənlər üçün xəbərdarlıqdır.

Teqlər

Şərhlər