• İslam inqilabının böyük rəhbəri Ayətullah Haşimi Rəfsəncaninin cənazəsinə namaz qılıblar

İslam inqilabının böyük rəhbəri məsləhət şurasının mərhum sədri Ayətullah Haşimi Rəfsəncaninin cənazəsinin təşyi mərasiminə qatılaraq onun cənazəsinə namaz qılıblar.

Mərasimdə hakimiyyətin üçlük güclərinin rəhbərləri, məsləhət şurasının üzvləri, Xobreqan Məclisinin və islami şura məclisinin nümayəndələri, hərbi və polis komandanları , İranın müxtəlif şəhərlərinin imam cümələri, Prezidentin müavinləri və nazirlər, icra başçıları və sayir siyasi və hərbi vəzifəli adamlar iştirak ediblər.. 

İslami İranın qədrşünas xalqı İmam Xomeyni(r.ə) və İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin qədim yoldaşı və islami hərəkatın öncül mübarizi olan Ayətullah Haşimi Rəfsəncaninin təşyi mərasimində geniş iştirak edərək onunla vidalaşıb. 

Ayətullah Haşimi Rəfsəncaninin cənazəsi Tehran üniversitetində müşayiət olunduqdan sonra İmam Xomeyninin(r.ə) pak məqbərəsində torpağa veriləcək. 

Ayətullah Haşimi Rəfsəncani bazar günü axşam ürək infarktı keçirərək Tehranda xəstəxanada dünyasını dəyişdi. 

Jan 10, 2017 11:03 Asia/Baku
Şərhlər