• İnqilab Rəhbərinin iştirakı ilə mərhum Ayətullah Haşimi Rəfsəncani üçün anım mərasimi keçirilir

İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının mərhum sədri Ayətullah Haşimi Rəfsəncaninin xatirəsinə həsr olunmuş anım mərasimi İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei tərəfindən və o həzrətin iştirakı ilə İmam Xomeyni(r.ə) hüseyniyəsində keçirilir.

Bu mərasimdə Ayətullah Haşimi Rəfsəncaninin ailə üzvləri və yaxınları, üçlü qüvvə başçıları, ölkə və ordu rəsmiləri habelə, müxtəlif təbəqədən olan xalq nümayəndələri iştirak edir.

Mərasimdə tanınmış quran qariləri tərəfindən Quran-Kərimdən ayələrin tilavət edilməsinin ardınca Əhl-Beyt(ə) məddahları tərəfindən mədhiyələr oxunub.

Ayətullah Haşimi Rəfsəncaninin cənazəsi çərşənbə axşamı İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin imaməti və milyonluq xalq kütləsinin iştirakı ilə meyyit namazının qılınmasının ardınca İran İslam Respublikasının banisi İmam Xomeyninin(r.ə) məqbərəsində dəfn edilmişdir.

Ayətullah Haşimi Rəfsəncaninin dəfn mərasimində ölkənin ən ali siyasi və hərbi rəsmiləri habelə, bəzi xarici ölkə səfirləri iştirak etdilər.

İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının sədri bazar günü ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya çatdırılsa da,onun həyatını xilas etmək mümkün olmadı.

Jan 11, 2017 12:21 Asia/Baku
Şərhlər