• Tehranda Turizm Təlimatçıları Beynəlxalq Konvensiyasının sessiyası işə başlayacaq

Bu gün İran prezidentinin iştirakı ilə Tehranda Turizm Təlimatçıları Beynəlxalq Konvensiyasının on yeddinci sessiyası işə başlayacaq.

IRIB-nin məlumatına görə, bu sessiyada 36 ölkədən 340 turizm təlimatçısı iştirak edəcək. Bu sessiyanın keçirilməsində məqsəd, beynəxalq standartlar əsasında turizm təlimatçılarının peşəkar əxlaqı və biliyinin artırılması, turizm təlimatçıları arasında əlaqə və turizm sənayesinin sabit inkişafı, eləcə də iclası keçirən ölkələrin təbii, tarixi və mədəni cazibədarlıqlarının təqdimi və nəzərdən keçirilməsi elan olunub.

Turizm Təlimatçıları Beynəlxalq Konvensiyasının sessiyası dünyada turizm təlimatçılarının ən böyük toplantısı hesab olunur.

İki ildən bir keçirilən bu iclas Turizm Təlimatçıları Beynəlxalq Federasiyasının birbaşa nəzarəti altında üzv ölkələrin birində təşkil olunur.

Nəzəri və ixtisaslaşdırılmış kurslar formasında Tehranda keçiriləcək bu konvensiya sessiyasının proqramları yanvarın 30-dək davam edəcək.

Jan 28, 2017 09:33 Asia/Baku
Şərhlər