Jan 29, 2017 19:39 Asia/Baku
  • İsveçrə səfiri İran XİN-ə çağırıldı

ABŞ-ın mənafeyini qoruyan İsveçrənin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

İran Xarici İşlər Nazirliyinin Media Diplomatiyası baş idarəsinin məlumatına görə, İran XİN sözçüsü Bəhram Qasimi deyib: Amerikanın Tehrandakı mənafeyini qoruyan İsveçrə səfiri bazar günü İran XİN-ə çağırılıb və Amerika prezidentinin son fərmanı və Amerikaya səfər etmək üçün İran vətəndaşlarına qarşı ayrı-seçkilik davranışı və məhdudiyyətin tətbiq olunması haqda İranın etiraz notası ona təqdim olunub.

Bəhram Qasimi bildirib: İran vətəndaşlarının əsassız bəhanələr və ayrı-seçkilik motivi ilə Amerikaya səfərinə məhdudiyyətin tətbiq edilməsi qəbulediləsi deyil və iki ölkə arasında 1955-ci il 15 avqust müqaviləsinin müddəaları və insan haqları konvensiyaları ilə ziddiyyətdədir.

İran XİN sözçüsü xatırladıb: İran vətəndaşları ötən dekadalar ərzində Amerikanın dəstəklədiyi terror qruplarının qurbanı olmuşlar və radikal terror qruplarının heç bir əməliyyatında iştirak etməmiş, üstəlik yaşadıqları ölkələrdə qanuna tabe olan vətəndaşlar olaraq tanınmışlar.

Teqlər

Şərhlər