• Ruhani: ƏMTP digər müzakirələr üçün nümunə götürülə bilər

İran İslam Respublikası prezidenti deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramı regionda təhlükəsizlik və sabitlik məqsədi ilə digər müzakirələr üçün nümunə götürülə bilər.

İRNA-nın verdiyi məlumata görə, İİR prezidenti Həsən Ruhani bu gün Tehranda 34-cü ilin kitabı mükafatı mərasimində etdiyi çıxışında deyib: Qazaxıstan paytaxtı Astanada Suriya böhranının həlli üçün aparılan müzakirələr ƏMTP-nin stabillik yaradan bir nümunə olduğunu göstərdi. 

Yanvarın 23-24-də də İranın təşəbbüskarlığı və Rusiya, Türkiyə, Suriya dövləti və müxalifətinin nümayəndələrinin əməkdaşlığı ilə ilk Astana iclası keçirildi və ilk dəfə olaraq Suriyanın qanuni hökumətinin nümayəndələri silahlı müxalifətlə bir başa müzakirələr apardılar. 

Həsən Ruhani deyib: Region və dünyanın problemləri sadəcə düşüncə və təfəkkürlə həl oluna bilər. 

İran prezidenti islam inqilabının qələbəsinin ildönümü günləri olan Fəcr dekadasına toxunaraq deyib: Xatirəli Fəcr ongünlüyü məntiqin super güclərin müxtəlif növlü hərbi və təhlükəsizlik vasitələrinə qələbəsi günləridir. 

Feb 07, 2017 14:20 Asia/Baku
Şərhlər