• Ruhani: AB İranla əməkdaşlıq üçün Avropa banklarına dəstək versin

İran İslam Respublikası prezidenti deyib: Avropa Birliyi Avropa şirkət və banklarını İranla daha çox əlaqə qurmaları üçün tam himayə etməli və bu yolla hər iki tərəf müştərək mənafedən maksimum faydalanmalıdır.

Həsən Ruhani bu gün Tehranda İsveçin baş naziri Stefan Lovfen ilə birgə mətbuat konfransında etdiyi çıxışında deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasına başlandıqdan sonra İran ilə Avropa Birliyi, o cümlədən də İsveç arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinə əlverişli şərait yaradılıb. 

Ruhani deyib: İran və İsveç yol və nəqliyyat , ətraf mühit, rabitə və informasiya texnologiyaları , mədən və sənaye sahələrində əlaqələrin genişləndirilməsi üçün lazımı potensiala malikdir və hər iki ölkə rəhbərliyinin iradəsi bu sahələrdə əməkdaşlıqların səviyyəsinin sanksiyalardan öncəki səviyyəyə çatdırılmasına yönəlib.

Ruhani İran və İsveçin müxtəlif iki tərəfli, regional və beynəlxalq sahələrdə müzakirələr apardıqlarını xatırladaraq deyib : Əfqanıstan, İraq, Suriya və Yəmən xüsusiyyət təşkil edərək regional məsələlərin araşdırılması onun İsveçin baş naziri ilə müzakirələrinin prioritetini təşkil edib. 

İran prezidenti deyib: İran və İsveçrə Suriyada atəşkəsin , müxalifətlə dövlət arasında müzakirələrin davam etdirilməsinə, bu ölkədə təhlükəsizlik və sabitliyin bərqərar olunmasına, Suriyada İŞİD və Ən-Nüsrə Cəbhəsi terror qrupları ilə mübarizənin davam etdirilməsinə təkid ediblər. 

Mətbuat konfransında İsveçin baş naziri Stefan Lovfen də İsveçrədən böyük bir ticarət heyətinin Tehrana səfərinə toxunaraq deyib: Bu İsveçin İran İslam Respublikası ilə əlaqələrin genişləndirilməsində əzmkar olduğunu göstərir. 

Feb 11, 2017 15:51 Asia/Baku
Şərhlər