• İranın ədliyyə naziri Azərbaycan parlamentinin sədri ilə görüşüb

İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədi bu gün Bakıda Azərbaycan Milli Məclisinin spikeri Oktay Əsədov ilə görüşüb, əlaqələrin genişləndirilməsi yolları barədə danışıqlar aparıb.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, İranın ədliyyə naziri bu görüşdə iki ölkənin tarixi, mədəni və dini ortaqlıqlarını əlaqələrin inkişaf etdirilməsi üçün münasib baza adlandırıb və əlaqələrin daha da möhkəmləndirilməsini vurğulayıb.

Mustafa Purməhəmmədi narkotik maddələr, mütəşəkkil cinayətkarlıq və terrorizm ilə mübarizədə yaxşıəməkdaşlıq potensiallarına malik olduqlarını vurğulayıb və digər ölkələr ilə müqayisədə iki ölkənin təhlükəsizlik vəziyyətini son dərəc yaxşı adlandırıb.

İranın ədliyyə naziri iki ölkə arasında imzalanmış anlaşma sənədi əsasında məhkəmə və hüquq mühafizə orqanları arasındakı əməkdaşlıqların yaxşı səviyyədə olduğunu bildirib və deyib: İki ölkə parlamentlərinin himayələri bu əlaqələrin inkişafına kömək edə bilər.

Purməhəmmədi regionda terrorizm ilə mübarizə sahəsində görülən işlərdən də danışıb və deyib: Region xalqlarının iradəsi və müstəqil dövlətlərin təsirli rolu terrorçuların regiondan geri çəkilməsinə səbəb olub.

Azərbaycan Milli Məclisinin spikeri Oktay Əsədov da bu görüşdə iki ölkənin inkişaf etməkdə olan əlaqələrinə işarə edərək, deyib: Hüquq mühafizə orqanları arasında da əlaqələrin inkişaf etməkdə olması sevindirici haldır. Və İranın ədliyyə nazirinin Azərbaycana səfəri və hüquq mühafizə orqanları arasında birgə əməkdaşlıq üzrə bəyannamənin imzalanması iki ölkə rəsmilərinin bu sahədə əlaqələrin genişləndirilməsinə olan diqqətinin nişanəsidir.

Oktay Əsədov iki ölkə parlamentləri arasındakı əlaqələrin də yaxşı səviyyədə olduğunu bildirib və qarşılıqlı səfərlərin əhəmiyyətinə təkid edib.

Feb 17, 2017 18:21 Asia/Baku
Şərhlər