• İnqilab Rəhbəri: Məsumlara praktiki ardıcıllıq küfr və nifaqla mübarizənin davamlılığındadır

İslam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) əziz qızı və dünya şiələrinin birinci imamı Həzrət Əli ibn Əbitalibin (ə) həyat yoldaşı Həzrət Fatimə Zəhranın (s.ə) şəhadəti günləri ərəfəsində, İslam İnqilabının Böyük Rəhbəri bir qrup dini şairi qəbul ediblər.

İslam İnqilabının Böyük Rəhbəri Ofisinin internet portalının verdiyi məlumata görə, Həzrət Ayətullahülüzma Xamenei bu görüşdə islamın əvvəlindəki hadisələri bugünkü hadisələrlə birləşdirməyi dini şer və şairlərin önəmli vəzifəsi adlandırıblar: Əziz peyğəmbər və məsumların (ə) hamısı zülm, tağut, küfr, nifaq və fəsadla güclü və təsirli mübarizə aparanlar idilər və elə buna görə, zülmkar hakimlər tərəfindən şəhid edildilər. 

İslam İnqilabının Böyük Rəhbəri əimmə-məsumların praktiki ardıcıllığını o böyük şəxsiyyətlərə həqiqi tabeçilik və küfr və nifaqla mübarizənin davamlılığı adlandırıblar: İslam Respublikasında qlobal küfr və nifaq əleyhinə mübarizə asan və mümkündür. Halbuki regionun bəzi dövlətlərinin nəhs sayəsində Amerikadan ən kiçik bəraətin elanı da onların əsəbiləşməsi və güclü reaksiyasına səbəb olur. 

Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: Zalımlarla mübarizə qılıncla mübarizə ilə məhdudlaşmır və bu gün dünyada təbliğat birinci sözü deyir. Bəyan və şerlə zalımlarla mübarizə aparmaq olar və son illərdə də bu istiqamətdə çox yaxşı və ümidverici nümunələr yaranmışdır. 

"Həyat tərzi və dini şairlərin onun qarşısındakı vəzifəsi" İslam İnqilabının Böyük Rəhbərinin vurğuladığı məsələlərdən idi: Bu gün qeyri-qərb ölkələrdə, əsasən də İslami İranda həyat tərzini dəyişmək üçün müəyyən və elan olunmuş məqsədlərlə Avropa və ABŞ-da mərkəzlər və orqanlar vardır. 

Həzrət Ayətullahülüzma Xamenei islam həyat tərzinə hücumda məqsədin qərb qurumlarının maraqlarına uyğun əzmkarlıq, iradə və hərəkətin yaradılması adlandırıblar: Bu hücum qarşısında, müdafiə etmək və öz ətrafına hasar çəkmək yetərli deyil. Əksinə şer çərçivəsində islam həyat tərzini, etika, siyasət və mədəniyyət predmetləri və əsaslarını bəyan etməklə vəzifəni yerinə yetirmək olar. 

Feb 24, 2017 10:10 Asia/Baku
Şərhlər