Əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) əziz qızı Həzrət Fatimə Zəhranın (s.ə) şəhadətinin ildönümü ilə bağlı matəm mərasiminin son gecəsi İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin iştirakı ilə cümə gecə Tehranın İmam Xomeyni (rə) hüseyniyyəsində keçirilib.

İslam İnqilabının Böyük Rəhbərinin informasiya portalının məlumatına görə, minlərlə xalq kütləsi və bir qrup rəsminin iştirak etdiyi bu mərasimdə Ayətullah Seyid Əhməd Xatəmi Həzrət Fatimə-Zəhranın (s.ə) din və vilayəti müdafiə etmək üzrə borcunu yetirmək istiqamətində onun şücaətli, ismətli və iffətli iştirakını əvəzsiz örnək adlandırıb: İran İslam İnqilabı öz borcu və vəzifəsini yerinə yetirməkdə vətəndaşların iştirakı ilə bağlı bir nümunədir və inqilab və dini dəyərlərin müdafiəsində də Əhli-Beyt (ə) kimi bəsirətlə və təhdid və təzyiqlərdən vahimə olmadan vəzifəni yerinə yetirmək lazımdır. 

Bu mərasimdə həmçinin Əhli-Beyt (ə) məddahları Həzrət Fatimə-Zəhranın (s.ə) müsibətləri ilə bağlı mərsiyələr və növhələr oxuyublar. 

Həzrət Fatimə-Zəhranın (s.ə) şəhadətinin əzadarlıq günləri ilə bağlı mərasimlər 27 fevraldan 3 marta qədər beş gün müddətinə məğrib və işa namazlarından sonra Tehranın İmam Xomeyni (rə) hüseyniyyəsində keçirilib. 

Bir rəvayətə görə, 1438-ci hicri qəməri ili cəmadiüssaninin üçü əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) əziz qızı və dünya şiələrinin birinci imamı Həzrət Əli İbn Əbitalibin (ə) həyat yoldaşı Həzrət Fatimə-Zəhranın şəhadətinin ildönümü günüdür. 

Mar 04, 2017 09:59 Asia/Baku
Şərhlər