• Azərbaycan prezidenti İnqilab Rəhbəri ilə görüşüb

Bu gün Tehranda səfər edən Azərbaycan prezidenti İlham Əliyev İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei ilə görüşüb.

Azərbaycan Respublikası prezidenti İlham Əliyev bu gün Tehranda səfərdə olub. İran prezidenti Həsən Ruhani tərəfindən rəsmi qarşılama mərasiminin ardınca iki ölkə prezidentləri arasında ikitərəfli görüş keçirilib. Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi yolları, regional və beynəlxalq məsələlər müzakirə edilib. Görüşün ardınca İlham Əliyev və Həsən Ruhani birgə mətbuat konfransında iştirak ediblər. Azərbaycan prezidenti mətbuat konfransında İran ilə əlaqələrin ölkəsi üçün önəmli olduğunu vurğulayıb.

Səfər çərçivəsində İran və Azərbaycan prezidentlərinin iştirakı ilə iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında 2 əməkdaşlıq sənədi imzalanıb.

 

 

Mar 05, 2017 20:25 Asia/Baku
Şərhlər