• Sepah-ın ballistik raket sınağı uğurlu olub

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin komandanı bildirib ki, "Hormoz-2" raketinin sınağı uğurlu olubdur.

Press TV-nin məlumatına görə, general-mayor pasdar Əmir Əli Hacızadə dünən Tehranda deyib: Sepah son günlər ərzində "Hormoz-2" tipli dəniz ballistik raketini uğurla sınaqdan keçirib.

General Hacızadə əlavə edib: "Hormoz-2" raketi 250 kilometrlik məsafədə yerləşən hədəfi uğurla məhv edə bilibdir.

Bu raket Oman dənizindəki Məkran sahillərindən çox kiçik bir hədəfə doğru atılıb və onu vurubdur.

"Hormoz-2" raketi bir dəniz ballistik raketi olaraq, dəniz səviyyəsindəki qeyri-sabit hədəfləri yüksək dəqiqliklə hədəfə ala bilir.

Raketin mənzili, təqribən 300 kilometrdir.

Bu raket İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandan əvəzi general-mayor Hüseyn Səlaminin sözlərinə görə, ən mühüm və ən özünəməxsus İran raketlərindən biri olaraq, İran raketinin atası- şəhid general-leytenant Həsən Tehrani Moqəddəm tərəfindən konstruksiya edilərək, düzəldilibdir.

Mar 10, 2017 09:37 Asia/Baku
Şərhlər