• İran universitetləri dünyanın 100 böyük universiteti ilə ortaq elmi kurslar təşkil edəcək

İranın elmlər, təhqiqat və texnologiya nazirinin əvəzi İran universitetlərinin dünyanın 100 böyük universiteti ilə ortaq elmi kurslar keçirəcəyini bildirib.

İSNA-nın məlumatına görə, Salar Amuli deyib: Universitetlərin beynəlxalq əlaqələrinin genişləndirilməsi və elm və təlim fəaliyyətlərinin gücləndirilməsi məqsədilə İran universitetlərinin dünyanın böyük universitetləri ilə müştərək kursları 2017-ci il sentyabr ayından başlanacaq. 

Nazir əvəzi 2016-cı ildə İran və dünyanın inkişaf etmiş ölkələrinin universitetləri arasında 9 dövr müştərək elmi kursun keçirildiyini deyib: Tənzimlənən proqramlara əsasən, cari ildə bu kursların sayı artacaq. 

O həmçinin ABŞ prezidentinin miqrant qanununa da münasibət bildirib: ABŞ kimi bəzi ölkələrin siyasi qərarları İranın xarici elmi fəaliyyətləri prosesinə təsir göstərə bilməz. 

Dünya ölkələrində elmi inkişafın ölçülməsi üzrə bazalarından biri olan Scopus istinad portalındakı mövcud məlumatlara əsasən, İran İslam Respublikası elm istehsalında dünyada 16-cı yeri tutur. 

Mar 15, 2017 11:58 Asia/Baku
Şərhlər