• Yeni şəmsi ilinin təhvil olduğu an

Yeni günəş ilinin ilk günü, 1 fərvərdin, Novruz günü İranın yeni ili və qədim İran dövründən qalan köhnə bayramlardan biridir.

Novruzun mənşəyi qədim İrandadır və İran diyarının müxtəlif bölgələrində insanlar hələ də Novruzu bayram edirlər. Novruzun qeyd olunduğu zaman Yaz fəslinin başlanğıcıdır. Hazırda ona yaz bərabərliyi deyirlər. 

İran və Əfqanıstanda Novruz ilin ilk günü hesab olunur və bəzi ölkələrdə, yəni Tacikistan, Rusiya, Qırğızıstan, Qazaxıstan, Suriya, Gürcüstan, Azərbaycan, Albaniya, Çin, Türkiyə, Türkmənistan, Hindistan, Pakistan və Özbəkistanda rəsmi istirahət günüdür və bu ölkələrdə vətəndaşlar bayram şənlikləri keçirirlər.

Tehran Universitetinin Geofiizka Mərkəzinin bildirdiyinə əsasən, yeni günəş ilinin başlandığı zaman  İranın rəsmi saatı ilə aşağıdakı kimidir. 

Saat 13:58:40-dadır. 

Bazar ertəsi 30 esfənd 1395-ci günəş ili

21 Cəmadiüssani 1438-ci hicri qəməri ili 

20 mart 2017-ci miladi ili. 

İranda Novruz adət-ənənələri

İranda xüsusi adət-ənənələri və mərasimləri olan Novruz yeni və təmiz paltar geyinmək, buğda cücərmək (səməni), evi təmizləmək (bayram təmizliyi), bayram qonaqlarını qəbul etmək üçün evi sahmana salmaq, 7 Sin süfrəsi (Novruz bayramının əsas simvolu 7 Sindir. 7 Sin (s hərfi ilə başlanan yeddi məhsul) sumaq, sarımsaq, sincid (iydə), səməni, sikkə, sirkə, səbzi (göyərti)dən ibarətdir), il təhvil olarkən ailənin bütün üzvlərinin bayram süfrəsi başına toplaşması (yeni il təhvil olarkən ailə üzvləri yeni paltarla süfrə başına toplaşır, ana üzərlik yandırır, övladlardan biri şam yandırır, ata Quran oxuyur), yeni il il təhvili duasının oxunmasından (ilə başlanır) ibarətdir. 

Novruz bayramı adətlərindən biri il təhvili vaxt bu dua oxunur: 

« یا مقلب القلوب والابصار یا مدبر اللیل والنهار یا محول الحول و الاحوال حول حالنا الی احسن الحال.»

(Ya müqəllibəl-qulubi vəl-əbsar, ya müdəbbirəl-ləyli vən-nəhar, ya mühəvviləl-hövli vəl-əhval, həvvil-haləna ila əhsənil-hal)

Ailə üzvləri yeni il təhvil olduqdan sonra öpüşüb-görüşür, bir-birlərinin bayramını təbrik edir və bir-birlərinə yaxşı və bərəkətli il arzulayırlar. 

Novruz bayramının adət-ənənələrindən biri də, yeni ilin ilk günlərində qəbiristanlığı ziyarət etmək, eləcə də il təhvil olarkən şəhidlərin qəbrini ziyarət etməkdir. Müqəddəs məkanlara getmək və bu məkanlarda yeni ili qarşılamaq da Novruzun adət-ənənələri sırasına daxildir. 

Bayram günləri qohum-əqrəbanı arayıb-axtarmaq və onların vəziyyətləri ilə yaxından tanış olmaq üçün əlverişli fürsətdir. Belə ki, Novruzun ilk günündən bu görüşlər başlayır. 

Novruz bayramının adət-ənənələrindən biri də bayramın 13-cü günü Təbiət Günüdür. 13-cü gündə insanlar təbiətin qoynuna çıxır və səhərisi gündən yüksək enerji ilə işlə dolu ili başlayırlar. 

Mar 19, 2017 20:21 Asia/Baku
Şərhlər