• Ruhani: Qədim Novruz regionunda sülh və birlik mötədil xalqların arzusudur

İran İslam Respublikası prezidenti göndərdiyi ayrı-ayrı müraciətlərdə Azərbaycan Respublikası, Əfqanıstan, Tacikistan, Pakistan, Türkmənistan, Ermənistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Hindistan və Özbəkistan başçılarını 1396-cı günəş ilinin və Novruz bayramının gəlib çatması münasibətilə təbrik edib.

Prezident Administrasiyası vebsaytının məlumatına görə, Həsən Ruhani Novruzu baryam edən regionun on bir ölkəsinin başçılarına xitab etdiyi müraciətlərdə yazıb: Novruz ən gözəl təbiət şənliyidir ki, qışdan bahara keçərək, ümid və təravəti müjdə gətirir. O, sonra bildirib: Bu bayram mötədillik, asayiş, səmimilik, işıqlıq, bolluq və təravət simvoludur ki, Allah-Taala insana bəxş edibdir.

Ruhani qədim Novruz regionunda sülh və birliyin mötədil xalqların arzusu olduğunu bildirərək, deyib: Müasir dünya hər zamandakından daha çox elə bir ümidə ehtiyaclıdır ki, onun sayəsində məhəbbət, eşq və səmimiliyə dəyər verilsin və ölkələri qarşıdurma yerinə, anlaşmaya dəvət etmiş olsun.

İran İslam Respublikası prezidenti əlavə edib: Xalqlar ümid, sülh və asayişə söykənərək, birlik və qarşılıqlı anlaşma sayəsində, məhsulu, terrorizm olan qəbiləvi ifratçılıq və dindən tərsinə anlayışdan irəli gələn çirkin və xoşagəlməz sima ilə mübarizə apara bilərlər.

Ruhani Azərbaycan Respublikası, Əfqanıstan, Tacikistan, Pakistan, Türkmənistan, Ermənistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Hindistan və Özbəkistan başçılarına ünvanlanmış müraciətinin sonunda bu ölkələrin xalqlarına şadlıqla dolu il arzulayıb.

Mar 20, 2017 13:49 Asia/Baku
Şərhlər