• Ruhani: Yeni il, İran gəncləri üçün daha artıq məşğulluq və inkişaf ili olacaq
    Ruhani: Yeni il, İran gəncləri üçün daha artıq məşğulluq və inkişaf ili olacaq

İran İslam Respublikası prezidenti 1396-cı günəş ilinin başlanması münasibətilə verdiyi müraciətdə deyib: Başıuca İran üçün, bir-birimizin kənarında olmalıyıq. O, vurğulayıb: Yeni günəş ili əziz xalq üçün daha artıq inkişaf və İran gəncləri üçün daha artıq məşğulluq ili olacaq.

Prezident Administrasiyası vebsaytının məlumatına görə, Həsən Ruhani bu gün yeni günəş ili münasibətilə böyük İran xalqını, ölkə xaricində yaşayan iranlıları və Novruzu bayram edən bütün region xalqlarını təbrik edərək, bildirib ki, Novruzun hamıya müraciəti, küdurətlərin aradan götürülməsidir.

Ruhani əlavə edib: 1395-ci günəş ili "Müqavimət iqtisadiyyatı; təşəbbüs və əməl" siyasətlərinin icrası, eləcə də nüvə anlaşmasının icra mərhələsinə daxil olması ili idi və bu ikisi bir-birinin kənarında İran xalqı üçün müsbət rol oynaya bildi.

İran İslam Respublikası prezidenti həmçinin iranlı sənaye və kənd təsərrüfatı işçilərinə xüsusi təşəkkür edərək, vurğulayıb: Ötən ildə İranın sənaye və kənd təsərrüfatı məhsulları qiqqətəlayiq inkişafa malik olubdur.

İran İslam Respublikası prezidenti Həsən Ruhani sonra deyib: İran İslam Respublikası neft diplomatiyası, eləcə də şərəfli iranlı mühəndis və fəhlələrin səyləri sayəsində neft və qaz hasilatı sahəsindəki öncəki yerini geri ala bildi və bu, İran xalqının hüquqlarının bərpası deməkdir.

İran İslam Respublikası prezidenti İranın tibbi və elmi irəliləyişlərinə də toxunub və belə qeyd edib: İranlı alimlərin ciddi-cəhdilə İran İslam Respublikası ötən il dünyanın inkişaf etmiş ölkələri arasında elmi inkişaf baxımından birinci yeri əldə edibdir.

Ölkə prezidenti çıxışının digər bir hissəsində 1396-cı günəş ilində iki seçkinin keçirilməsinə toxunaraq, belə qeyd edib: Maksimum iştirak, sağlam rəqabət və qanuni seçkilər hamımızın nəzərində olmalıdır.

Mar 20, 2017 19:18 Asia/Baku
Şərhlər