• Ruhani və Putin arasında görüş; Bu gün Kremldə

İran və Rusiya prezidentləri bu gün Moskvada görüşəcəklər.

İRİB-nin verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin tərəfindən İran İslam Respublikası prezidenti Həsən Ruhaninin rəsmən qarşılanması mərasiminin ardınca, Kreml sarayında iki ölkə başçısı arasında ikitərəfli görüş baş tutacaq. 

Bu məlumata görə, ikitərəfli görüşün ardınca Ruhani və Putinin rəhbərlik etdiyi yüksək səviyyəli siyasi-iqtisadi heyətlər arasında bank və maliyyə, tranzit və yüklərin daşınması, yol və şəhərsalma, rabitə və informasiya texnologiyaları, energetika, standartlaşdırma və digər sahələr üzrə onlarla əməkdaşlıq sənədi imzalanacaq. 

Bu, ötən 3 il yarım ərzində Ruhani və Putin arasında baş tutacaq 9-cu görüş olacaq. 

2016-cı ildə İran və Rusiya arasındakı ticarət əlaqələrinin həcmi 70% artaraq, 2.2 milyard dollara çatıb. Yeni sənədlərin imzalanması ilə bu rəqəmin 10 milyon dollara çatdırılması nəzərdə tutulub. 

Moskvada yaşayan iranlılar ilə görüş İran prezidentinin Rusiyaya olan səfərinin son proqramı sayılır. 

Həsən Ruhani dünən yüksək səviyyəli siyasi - iqtisadi heyətin müşayiəti ilə Moskvaya səfər edib. Rusiya baş naziri Dmitri Medvedyev tərəfindən qarşılanan İran prezidentinin şərəfinə şam ziyafəti təşkil edilib. 

Mar 28, 2017 10:23 Asia/Baku
Şərhlər