İslami İran Həzrət Zeynəb(s.ə)-nın vəfatının ildönümü günündə qəm-kədər içində olaraq, qaraya bürünübdür.

Bu gün, 1438-ci hicri qəməri ili rəcəb ayının 15-i və 2017-ci milad ili aprelin 13-ü, İslamın əziz Peyğəmbəri(s.ə.s)-in nəvəsi, eləcə də Həzrət Fatimə(s.ə.) və Həzrət Əli(ə)-ın övladı- Həzrət Zeynəb(s.ə)-nın vəfatının ildönümü günüdür.

Həzrət Zeynəb(s.ə.) qardaşı, dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseyn(ə)-ın kənarında, İslam-ı müdafiə adı altında böyük Kərbəla faciəsini törətmiş yanlış və gerilik cərəyanı ilə mübarizə aparırdı. 

O həzrət möhtərəm qardaşı İmam Hüseyn(ə)-ın və onun silahdaşlarının şəhadətindən sonra Paklıq Əhli-Beyti(ə) xandənanın digər üzvlərilə yanaşı əsir alınd, amma elə bu əsirlik zamanı məntiqli və coşqun xütbələrilə Bəni Uməyyənin alçaq və pozğun mahiyyətini ifşa etdi.

Qanlı İmam Hüseyn(ə) hərəkatı Həzrət Zeynəb(s.ə)-nın Kufə və Şamda Yezidin pozğun hakimiyyət aparatına qarşı ifşaçılıqları ilə İmam Hüseyn(ə) qiyamının hədəfləri və fəlsəfəsini həmişəlik olaraq yaşatdı.

Həzrət Zeynəb(s.ə.) 63-cü hicri qəməri ilində vəfat etdi.

İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət Zeynəb(s.ə)-nın vəfatının ildönümü gününün gəlib çatması münasibətilə bütün dünya müsəlmanlarına, xüsusən şiələrə başsağlığı verir.

Apr 13, 2017 08:33 Asia/Baku
Şərhlər