• İran İslam Respublikası prezident seçkilərinə 1636 nəfər qeydiyyata alınıb
    İran İslam Respublikası prezident seçkilərinə 1636 nəfər qeydiyyata alınıb

İranın seçki qərargahının rəhbəri deyib: 12-ci prezident seçkilərinə namizədlərin qeydiyyatı üçün ayrılan qanuni müddətin sona çatması ilə 1636 nəfər qeydiyyata alınıb.

İRİB-in verdiyi məlumata görə, İranın seçki qərargahının rəhbəri Əli Əsğər Əhmədi deyib: Qeydiyyata alınanların 137 nəfəri qadın qalan hissəsi isə kişilərdən ibarətdir. O deyib: Qeydiyyata alınanlar 18-92 yaşları arasındadır və 30 ayşın altındakılar çoxluq təşkil edir. Qeydiyyata alınaların 430 nəfəri asprantura diplomuna malikdir. Seçki qərargahının rəhbərinin dediyinə görə qeydiyyata alınmanın sonuncu günü olan dünən üçün 590 nəfər qeydiyyata alınıb. 

İran İslam Respublikası prezidentinin birinci müavini İshaq Cahangiri, Tehran meri Məhəmmədbaqir Qalibaf, Məsləhət Şurasının üzvü Məhəmməd Haşimi də dünən qeydiyyat məntəqəsində namizədliklərini irəli sürüblər. 

İranın seçki qərargahının sədri qeydiyyata alınanlar barədə məlumatların online şəkildə Nigəhban Şurasına göndərildiyini bildirərək deyib: Şura səlahiyyətləri 5 gün ərzində araşdırmalıdır və lazım gələrsə bu müddət daha 5 gün üçün uzaldıla bilər. 

Əli Əsğər Əhmədi deyib: Aprelin 26-27-ci günlərində Nigəhban Şurası tərəfindən namizədlikləri qəbul edilənlərin siyahısının Daxili İşlər Nazirliyinə təqdim olunmasından sonra, başqa sözlə aprelin 28-dən etibarən prezidentliyə namizədlər 20 gün müddətinə təbliğat kampaniyası apara biləcəklər. 

İran İslam Respublikasında 12-ci prezident seçkiləri, şəhər və kənd şuraları seçkiləri ilə eyni gündə 2017-ci il may ayının 19-da keçiriləcək. 

Apr 16, 2017 12:18 Asia/Baku
Şərhlər