• Zərif Gürcüstanla iqtisadi əməkdaşlıqların genişləndirilməsinə təkid edib
    Zərif Gürcüstanla iqtisadi əməkdaşlıqların genişləndirilməsinə təkid edib

İranın xarici işlər naziri deyib: İran İslam Respublikası Gürcüstanın infrastrukturunun güclənməsində təsirli rola malik ola bilər.

İİR XİN rəhbəri Məhəmməd Cavad Zərif bu gün Tiflisdə Gürcüstanın iqtisadi inkişaf naziri Georgi Qaxariyanın da iştirak etdiyi iki ölkənin iqtisadi iclasında iki ölkə arasındakı iqtisadi əməkdaşlıqlara toxunaraq deyib: İran və Gürcüstan Avropaya qovuşan koridora çevrilə bilərlər. 

Zərif İranın Gürcüstanla daha sərbəs əlaqələrə malik olamqda maraqlı olduğunu bildirərək deyib: Vizanın ləğv edilməsi yüzlərlə iranlı turistin Gürcüstana gəlişinə səbəb olacaq və iki ölkə əlaqələrindən faydalanmaq üçün yeni fürsətlər yaranacaq. 

Zərif bu gün səhər çağı Tiflisdə Gürcüstanın xarici işlər naziri Mixail Canelidze və parlament sədri İrakli Kobaxidze ilə görüşüb danışıqlar aparıb. 

Apr 18, 2017 16:29 Asia/Baku
Şərhlər