• İranda prezident seçkiləri namizədlərinin səlahiyyətlərinin araşdırılması davam edir

Konstitusiyaya nəzarət üzrə Negəhban Şurasının sözçüsü prezident seçkiləri namizədlərinin səlahiyyətlərinin araşdırılması prosesinin davam etməsindən xəbər verib.

İRNA-nın məlumatına görə, Abbasəli Kətxudayi cümə axşamı öz teleqram kanalında yazıb: Negəhban Şurası bu gün də prezidentliyə namizədlərin səlahiyyətlərini araşdırmaq məqsədi ilə iclas təşkil edəcək. Əgər, nəticə əldə olunarsa, səlahiyyəti təsdiq edilənlərin adları açıqlanacaq. Əks təqdirdə, Prezident seçkiləri haqda qanunun 57-ci bəndinə edilmiş əlavəyə istinadla namizədlərin səlahiyyətlərinin araşdırılması üçün 2-ci 5 günlük fürsətdən istifadə ediləcək. 

İranda 12-ci prezident seçkilərində iştirak etmək üçün 1636 nəfər öz namizədliyini irəli sürüb. Namizədliyini irəli sürən şəxslərdən 35-i daha öncə icraedici orqanlarda fəaliyyət göstərmiş və tanınmış siyasi xadimlərdəndirlər. 

Seçkilərdə iştirak səlahiyyəti təsdiq edilən namizədlərin adları 26-27 Aprel tarixinə kimi Daxili İşlər Nazirliyi tərəfindən açıqlanmalıdır. 

İranda 12-ci prezident seçkiləri şəhər və kənd islam şuralarına 5-ci çağırış seçkiləri ilə bir vaxtda 19 may tarixində keçiriləcək. 

Apr 20, 2017 16:43 Asia/Baku
Şərhlər