• 12-ci İran prezident seçkilərinin namizədlərinin adları açıqlandı

İranın Konstitusiyaya Nəzarət Şurası cümə axşamı gecə 12-ci Prezident Seçkiləri üçün səlahiyyəti təsdiq edilmiş 6 namizədin adını İranın Daxili İşlər Nazirliyinə elan edib.

 

1. Seyid Mustafa Ağa Mirsəlim (İranın Məsləhət Şurasının üzvü və İslami Mötəlifə partiyasının mərkəzi şurasının üzvü) 

2.  İshaq Cahangiri Kuşayi (vitse-prezident)

3. Həsən Ruhani (hazırkı prezident)

4. Seyid İbrahim Rəisi Sadati (İslam İnqilabı Qüvvələri Xalq Cəbhəsinin üzvü)

5. Məhəmməd Baqir Qalibaf (Tehran şəhəri meri) 

6. Seyid Mustafa Haşimitəba (İranın Milli Olimpiya Komitəsinin sabiq sədri)

Məlumatı İranın Seçki Qərargahı verib.

İranda 12-ci prezident və 5-ci İslami Şəhər və Kənd Şuralarına seçkiləri 19 mayda keçiriləcək. 

Apr 21, 2017 08:31 Asia/Baku
Şərhlər