• Xoşru:
    Xoşru: "İsrail" Yaxın Şərqin bütün problemlərinin mənşəyidir

İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi sionist İsrail rejiminin işğalçılıq və təcavüzlərini Yaxın Şərq regionundakı bütün problemlərin mənşəyi adlandırıb.

İRNA-nın məlumatına görə, ötən gün Yaxın Şərq və Fələstin məsələlərinin araşdırılması məqsədilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda çıxışn edən Qulaməli Xoşru bu regionun hazırkı vəziyyətinə toxunub: İşğalçılıq Yaxın Şərqdə bütün beynəlxalq mübahisələrin əsas mərkəzidir. Lakin ABŞ Qüdsü işğal etmiş rejim istisna olmaqla hamını qınamaqla məsələni həll etmək yerinə onun üzünü təmizləməyə çalışır. 

İranın BMT-dəki daimi nümayəndəsi əlavə edib: Sionist rejim 1948-ci ildən azı 14 dəfə region ölkələrinə təcavüz edib və Nüvə Silahlarının Yayılmamasına dair Saziş və Kimyəvi və Bioloji Silahların Yayılmamasına dair konvensiyalara qoşulmaqdan çəkinməyi davam etdirməklə belə silahların yayılmamasına hakim beynəlxalq strukturları lağa qoyub. 

Sionist rejimin Yaxın Şərqdə kütləvi qırğın silahları olmayan bölgənin təşkil olunmasına mane olduğunu qeyd edən Xoşru bu rejimin ixtiyarında olan atom silahlarını bütün region ölkələri əleyhinə ən ciddi təhdid və Təhlükəsizlik Şurasının vəzifəsi çərçivəsində araşdırılması vacib olan önəmli məsələ adlandırıb. 

Xoşru Suriyanın Xan Şeyxun tragediyası ilə əlaqədar deyib: Ən-Nüsrə Cəbhəsi və İŞİD terror qruplaşmalarının hələ də kimyəvi silahları var və BMT-nin təsdiqlədiyinə əsasən, Suriya kimyəvi silahlarını məhv edib. 

İranın BMT-dəki daimi nümayəndəsi əlavə edib: Heç bir müstəqil araşdırma olmadan və yaxud BMT-nin nəzarəti olmadan ABŞ-ın Suriyaya hücumu BMT üzvü əleyhinə təcavüzün bariz nümunəsi və BMT nizamnaməsi və beynəlxalq qanunların açıq-aşkar pozulmasıdır. 

Xoşru ABŞ-ın bu hərəkətinin terrorçulara açıq-aşkar mesajının olduğunu deyib: ABŞ onlara deyir ki, 4 apreldə törətdikləri cinayətlərə bənzər cinayətləri təkrarlasınlar və bu düşmən hərəkətləri ilə ABŞ-dan mükafat alsınlar. 

İranın BMT-dəki daimi nümayəndəsi dünyanın, xüsusilə də Yaxın Şərqin hələ də saxta ittihamlara əsasən hərbi hərəkətlərdən xilas olmadığını və ABŞ-ın 2003-cü ildə Yaxın Şərqdəki hərəkətlərinin İŞİD-in yaranmasına səbəb olduğunu bildirib: ABŞ-ın bu hərəkətlərinin de-stabillik və terrorçu yetişdirməkdən başqa səmərəsi olmayıb. 

Apr 21, 2017 09:21 Asia/Baku
Şərhlər