• Qazaxıstan İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü vurğulayıb

Qazaxıstan xarici işlər naziri deyib: Qazaxıstan Şanxay Əməkdaşlıq Təşkilatında üzv olmaq üçün İranın müraciətinin təsdiqlənməsinə səy göstərməyə hazırdır.

İRNA-nın məlumatına görə, Qeyrət Əbdürrəhmanov Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nazirlərinin iclasında ümidvarlıq edib ki, bu təşkilata üzv ölkələr İranın və digər müşahidəçi ölkələrin bu təşkilata tam qoşulmaq üzrə müraciətini qəbul edəcəklər. 

İran İslam Respublikası da hazırda Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi üzvdür. 

İran 2008-ci ildə bu təşkilatda tam üzvlük üçün müraciət edib. Lakin BMT-nin nüvə proqramı ilə əlaqədar İran əleyhinə sanksiyalar dövründə Şanxay Əməkdaşlıq Təşkilatı İranın müraciətini araşdırmaqdan çəkindi. 

Şanxay Əməkdaşlıq Təşkilatı siyasi, hərbi və iqtisadi təşkilatdır. Çin, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan tərəfindən 1996-cı ildə yaradılıb və 2001-ci ildə Özbəkistan da 6-cı ölkə olaraq bu təşkilata qoşulub. 

Apr 21, 2017 17:17 Asia/Baku
Şərhlər