Qum şəhərində böyük təqlid mərcələrindən olan Ayətullah Abdullah Cavadi-Amoli şiələrin 12-ci imamı Həzrət Mehdi(əc)-in zühur etməsini ilahi quruluşun bərqərarı istiqamətində insan dərrakəsinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq bir cərəyan adlandırıb.

IRIB-nin məlumatına görə, Ayətullah Cavadi-Amoli bu gün Qum şəhərindəki İmam Kazim(ə) dini mədrəsəsində 13-cü Beynəlxalq Məhdəviyyət Doktrinası Konfransının başlanğıcında deyib ki, İmam Zaman(əc)-in zühur etməsi cərəyanı ümumdünya bir cərəyan olaraq, digər səmavi kitablarda da bəyan edilibdir.

O, dünyada ədalətin və yardımın bərqərarı üçün xalqın səhnədə elmi iştirakının vacibliyinə təkidlə bildirib ki, xalq səhnədə olmazsa, ilahi rəhbərlər tənha qalarlar.

Bu təqlid mərcəyi söyləyib: Hazırda Qərb ölkələri müsəlmanlara qarşı ümumdünya vasitəçi savaşı salıblar və onların silahqayırma zavodları sutka ərzində müsəlmanları qırğın edən alətlər istehsal edirlər.

13-cü Beynəlxalq Məhdəviyyət Doktrinası Konfransı bu gündən etibarən iki gün müddətinə və iki növbədə- səhər və axşam növbələrində Qum şəhərində yerləşən İmam Kazim(ə) dini mədrəsəsində keçirilir.

May 11, 2017 16:49 Asia/Baku
Şərhlər