• İranda seçki namizədləri öz proqramlarını bəyan edirlər

İranda 12-ci prezident və 5-ci Şəhər və Kənd İslam Şuraları seçkiləri ilə bağlı seçki təbliğat-təşviqat kampaniyası qızğın şəkildə davam edir.

12-ci İran prezidentliyinə 6 namizəddən bəzisi öz təbliğat kampaniyalarında gələcək hökumətini mehvər etmək üçün şüarlar seçiblər. 

Məhəmməd Baqir Qalibaf - Xalq dövləti - əməli iş görülsün; Seyid İbrahimi Rəisi Sadat - İş və Kəramət dövləti; Həsən Ruhani - Tədbir və Ümid dövləti; Seyid Mustafa Mirsəlim - Doğruluq və dürüstlük; namizədlərin seçdikləri şüarlardır. İshaq Cahangiri və Seyid Mustafa Haşimitəba da hazırkı prezidentin rəylərinə əsasən cənab Ruhaninin siyasətini izləyirlər. 

Hər bir şəxs üçün seçki terminlərinin seçilməsi onu cəmiyyətə tanıtdıran və təbliğat proqramlarını ona əsasən təqdim etmək üçün simvoldur. 

İran prezident seçkiləri namizədlərinin son təbliğat-təşviqat kampaniyaları günlərində də onların vədləri həmin çərçivədə vətəndaşlara bəyan olunub. 

12-ci İran prezident seçkilərinə namizəd və hazırkı prezident Həsən Ruhani də bazar günü İranın mərkəzində İsfahan şəhəri əhalisi qarşısında çıxış edib: "Gənclərin məşğulluğu üçün şüar vermək lazım deyil, iş görmək lazımdır". 

Ruhani həmçinin İranın dünya ölkələri ilə anlaşmasını vurğulayıb: "İran dünya ilə konstruktiv anlaşmaya malik olmalıdır və müxtəlif ölkələrin elmi mərkəzləri və universitetləri ilə əlaqə qurmaqla dünyanın modern texnologiyalarını əldə edə bilər". 

Məhəmməd Baqir Qalibaf da İsfahan şəhərində iqtisadi korrupsiya ilə mübarizənin vacibliyini vurğulayıb: "Seçildiyim halda, hökumətim vergidən yayınanlar və ən çox faydalananlarla qanun çərçivəsində davranacaq". 

Qalibaf həmçinin iranlı gənclərin köməyi ilə 4 il ərzində beş milyon iş yeri yaradacağını deyib: "Təşkil olunacaq hökumət şüar hökuməti deyil, iş və əməl hökumətidir". 

Seyid Mustafa Ağa Mirsəlim də İran İslam Respublikası Radio və Televiziyasının Xəbər telekanalı ilə dialoq proqramında Müqavimət İqtisadiyyatı siyasətlərinin icrası üçün öz iqtisadi proqramlarını açıqlayıb: "Hökumət prosesdən kənar idxalatın qarşısını almaqdan əlavə, istehsalçılara kömək etməlidir ki, məhsullarını xarici məhsulla rəqabətə çatdıra bilsin". 

Ağa Mirsəlim gənclərin məşğulluğu haqda da deyib: "Sahibkarların təşviqi və İranın nisbi imkanlarından istifadə etmək bu sahədə düyünləri aça bilər". 

Seyid İbrahim Rəisi Sadat da İranın şimalında Rəşt şəhərində iş və gəlir probleminin açarının yalnız iranlı gənclərin əlində olduğunu deyib: "İndiyə qədər əcnəbilər heç bir xalq üçün düyün açmamışdır. İqtisadi problemlərin önlənməsi və onunla sərt davranmaq zəruridir və bu, bank sisteminin islahını tələb edir". 

İshaq Cahangiri də Tehranda tərəfdarları qarşısında çıxış edib: "Vətəndaşlar başqalarının onların həyatının gəlirlərini təmin etdiklərini hiss etməməlidirlər. Vətəndaşlar özləri bacarmalıdır və işləmək və öz həyatının gəlirlərini təmin etmək iqtidarında olmalıdırlar". 

Cahangiri əlavə edib: "Bütün İran vətəndaşları səhnəyə gəlməli və ölkənin quruculuğunda iştirak etməlidir. Çünki İran ehtiyatlar baxımından zəngindir". 

Seyid Mustafa Haşimitəba İRİB Xəbər Agentliyi ilə müsahibədə vətəndaşların çiyinlərindən ağır yükün götürülməsinin vacibliyini qeyd edib: "Hökumət yeni ideyalar və qanuni gəlirlərlə vətəndaşların problemlərini həll etməlidir". 

Bu şüarlar Şəhər və Kənd İslam Şuraları seçkilərinin namizədləri arasında daha çeşidlidir. Onlar vəzifəni əldə etmək üçün saylarının çox olduğunu nəzərə alaraq yararlı olmasından əlavə, söz gözəlliyini əks etdirən terminlərdən istifadə edirlər. 

Şəhərin qapı və küçələri, hətta şose yol və prospektlərin kənarları şura və prezident namizədlərinin posterləri ilə rənglənmişdir. 

İslam İnqilabının Böyük Rəhbəri İmam Hüseyn (ə) Universiteti tələbələrinin məzun olması ilə əlaqədar keçirilən tədbirdə buyurublar: "Seçki namizədləri olan bütün hörmətli cənablara tövsiyə edirəm ki, öz vədlərinə, öz açıqlamalarına və vətəndaşlara verdikləri proqramlara diqqət yetirsinlər. Proqramlarında, açıqlamalarında və vətəndaşlara verdikləri vədlərdə özlərini sübut etsinlər, məsələ İran xalqının milli izzəti və istiqlalliyyətidir". 

19 may cümə günü 5-ci Şəhər və Kənd İslam Şuraları seçkilərində 126 min yer uğrunda 287 min 425 nəfər və 12-ci prezident seçkilərində isə 6 namizəd prezidentlik uğrunda rəqabət aparacaq. 

May 15, 2017 12:40 Asia/Baku
Şərhlər