• İranda seçki həyəcanı daha da artıb

Məhəmməd Baqir Qalibaf və Seyid İbrahim Rəisinin birləşməsi ilə İranda prezidentliyə namizədlərin təşviqat kampaniyası daha da qızğınlaşıb.

Seçkilərə namizədliyini irəli sürərkən İshaq Cahangirinin Həsən ruhaninin namizədliyini tamamlamaq niyyətində olduğunu bildirməsini nəzərə alaraq seçki atmosferi daha şəffaflaşır və rəqabət aparan cəbhələrin daha da aydınlaşmasına gətirib çıxarmaqdadır. 

Seyid Müstafa Haşimi Təba da dolayısı ilə Ruhanini dəstəklədiyini bildirmişdir, İslami Mötəlifə Partiyasından olan Seyid Müstafa Mir Səlim də üsulçular cinahına aid olaraq Rəisinin cəbhəsində yer almaqdadır. 

Seçki təşviqatları üçün sabah sonuncu gündür və seçkilərə start verilməzdən 24 saat öncəyədək seçki həyəcanı kulminasiya nöqtəsinə çatacaq. Prezidentliyə namizədlərin təşviqat mitinqləri, onların küçə təşviqatları, iləcə də şəhər və kəndlərin islami şuraları üzrə seçkilərin namizədlərinin yığıncaqları ölkədə seçki əhval-ruhiyyəsinin yüksək səviyyədə olmasına gətirib çıxarıb. 

Bu həyəcanlı atmosferdə vətəndaşların prezidentlik və şəhər və kənd şuralarına namizədlərdən tələbləri də xüsusi diqqət çəkməkdədir. 

"Meyar xalqın səsidir" deyimi İran İslam Respublikasının banisi Həzrət İmam Xomeynidən(r.ə) qalan unudulmaz bir deyim olaraq dini demokratiya hökumətində öz əksini tapıb. İslam inqilabının qələbəsindən ötən son 38 il ərzində xalqın iştirakı həmişə təyinedici olmuşdur və iranlıların seçkilərdə geniş iştirakı düşmənlərə bu həqiqəti etiraf etdirib ki, İran xalqı bütün səhnələrdə rəhbərinin əmrinə tabe olaraq geniş iştirak edir. 

İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullahülüzma Xamenei seçki həyəcanına toxunaraq xalqın seçkilərdə iştirakının ölkənin izzəti və başıucalığına səbəb olduğunu bildiriblər və buyurublar: Seçkilər birliyimizin, əqlaniyyətimizin, milli şüurumuzun öz əksini tapdığı meydanı ola bilər. Bəziləri seçkilərin, seçki təşviqatlarının, seçki atmosferinin ixtilafa səbəb olduğunu düşünürlər, yox, bu vəhdət amili ola bilər, tərəqqi və inkişaf sürətinin artması üçün cəsarət verici ola bilər, müsbət rəqabətlə hər bir qrup xalqa xidmət üçün özünə layiq gördüyü payını əldə etməyə çalışa bilər və bunda heç bir problem yoxdur. Bu müsbət rəqabət cəmiyyətin əhval-ruhiyyəsini yüksəldir, şövqümüzü artırır və cəmiyyətə gənclik əhval-ruhiyyəsini hakimi edir. Seçkilərdə pis davransaq, biri-birimizlə pis danışsaq, biri-birimizə kinə-küdurət bəsləsək, böhtan vursaq, qanunlara zidd hərəkət etsək, bu çökmək, zəiflik və intibah vasitəsi ola bilər. Öz əlimizdədir, ilahi imtahandır.

İranda prezident seçkilərinə namizədlər öz təşviqat kampaniyalarında öz gələcək proqramlarını xalqa açıqladılar. 

12-ci prezidentliyə namizəd Seyid Mustafa Mir Səlim  dünən təbrizdə problemlərin iranlıların öz əli ilə həll olacağını bildirərək deyib: Qaçaqmalçılığın qarşısı alınmalı, idxalat cilovlanmalıdır ki, daxili bazar iflasa uğramasın. 

Digər namizəd Seyid İbrahim Rəisi dünən İsfahan şəhərində deyib: İran, İran xalqı və gənclərinin güclü əlləri ilə düzəlir və ölkənin bütün problemlərinin həllinin açarı xalq və gənclərdir. 

Rəisi dünən həmçinin şiraza səfərində korrupsiya ilə mübarizə, iş yerlərinin yaradılması, qonşularla əlaqələrin möhkəmləndirilməsini öz proqramlarının prioriteti kimi təqdim edib. 

Prezidentliyə namizəd Seyid Müstafa Haşimi Təba da radio müsahibəsində sosial və mədəni problemlərin aradan qaldırılması üçün tədqiqat metodundan istifadə edilməsini vurğulayaraq deyib: Araşdırma mərkəzlərinin praktiki tədqiqatlarla cəmiyyətin dərinliklərinə yaxınlaşması və problemlərin həllinə öz töhfəsini verməsinə imkan yaradılmalıdır. 

Prıezidentliyə digər namizəd Hədən Ruhani isə Sari şəhərində etdiyi çıxışında internetin və turizmin inkişaf etdirilməsinin iş yerlərinin yaradılmasına töhfə verəcəyini bildirib və deyib: Xalqın həyatı uzun müddətli və ağıllı proqramlaşdırma əsasında təmin olunmalı və sahibkarlıq inkişaf etdirilməlidir. 

12-ci prezident seçkilərin digər namizədi İshaq Cahangiri də dünən axşam İranın 2-ci telekanalının özəl xəbər verilişində etdiyi  çıxışında prezident seçiləcəyi təqdirdə özünün əsas prioritetinin iqtisadi inkişaf tempinin artırılması və korrupsiya ilə mübarizə olacağını deyib. 

Cümə günü mayın 19-da keçiriləcək İran İslam Respublikası 12-ci prezident seçkiləri və 5-ci şəhər və kəndlərin islami şuraları seçkilərinin sağlamlığını təmin etmək üçün konstitusiyaya nəzarət edən Nigəhban Şurasından 64 min nəzarətçi seçki məntəqələrində fəaliyyət göstərəcək. Səs vermək hüququna malik olan 55 milyon insanın səsinin alınması prossesi üçün isə 126 min nəfər cəlb olunub. 

May 16, 2017 12:23 Asia/Baku
Şərhlər