İran prezident seçkilərinə nəzarət komitəsinin yekun iclası sabah keçiriləcək seçkilərə nəzarət üzrə son koordinasiyalar mehvəri ilə Tehranda təşkil olunub.

Bu iclas Nigəhban Şuranın katibi, bəzi üzvləri və nəzarət rəsmilərinin iştirakı ilə bu gün keçirilib. Nigəhban Şuranın katibi, bəzi hüquqşünas üzvləri iclasdan sonra seçkilərə nəzarət üzrə mərkəzi qərargahdan baxış keçiriblər. Bu qərargah İran prezident seçkilərinə nəzarət üzrə mərkəzi heyətin tabeliyindədir.

İran prezident seçkilərinə nəzarət üzrə mərkəzi heyətin sədri və Nigəhban Şuranın katibi Ayətullah Cənnəti seçkilərə nəzarət üzrə mərkəzi qərargahdan baxış keçirmənin kənarında seçkilərdə ümumi iştirakın vacibliyinə işarə edərək, vurğulayıb: Bütün xalq, hər firqədən olursa-olsun, bir vətəndaş kimi seçkilərdə iştirak etməlidir.

Ayətullah Cənnəti əlavə edib: İranın islami olması cəhəti xalqı səhnədə saxlayıbdır.

Nigəhban Şuranın icra və seçki məsələləri üzrə sədr müavini Siyamək Rəhpeyk bu gün seçkilərə nəzarət heyətinin, o sıradan ostanlar, şəhrestanlar və bölgələrdəki nəzarət heyətlərinin və sabah nəzarət vəzifəsinə malik olacaq bütün amillərin tam hazırlığından xəbər verib.

İranda 12-ci prezident seçkiləri 5-ci şəhər və kənd şura seçkiləri ilə bir vaxtda sabah keçiriləcək.

May 18, 2017 18:16 Asia/Baku
Şərhlər