• Dehqan: Amerikalılar İrana olan düşmənçiliklərini dəfələrlə əks etdiriblər
    Dehqan: Amerikalılar İrana olan düşmənçiliklərini dəfələrlə əks etdiriblər

İranın müdafiə naziri ABŞ-ın İran əleyhinə yeni sanksiyalarına reaksiya verib: Amerikalılar İranın inqilabı, quruluşu və potensiallarına düşmənçiliyi, inadkarlığı və ədavətini dəfələrlə əks etdiriblər.

ABŞ prezidenti Donald Tramp çərşənbə günü Əhatəli Müştərək Təşəbbüs Proqramına əsasən İran əleyhinə sanksiyarın təxirə salınması müddətinin uzadılması ilə yanaşı 7 İran və xarici şirkəti və fiziki şəxsi İranın raket proqramı bəhanəsi ilə öz raket sanksiyaları siyahısına əlavə edib.

General-mayor Hüseyn Dehqan cümə günü 12-ci prezident və 5-ci şəhər və kənd islam şuraları seçkilərində iştirak etdikdən sonra Təsnim Xəbər Agentliyi müxbirinə verdiyi müsahibədə İran əleyhinə bu sanksiyaların tətbiq olunmasının amerikalıların öncəki hərəkətləri çərçivəsində olduğunu bildirib: İran üçün milli təhlükəsizliyin təmin olunması önəmlidir və onun təmin olunması üçün lazım olan bütün gücü əlinə alır və ondan istifadə etmək üçün heç kimdən qorxmur.

İranın müdafiə naziri həmçinin raket proqramı sahəsində İranın proqramlarının aydın olduğunu bildirib: İran öz iradəsində möhkəmdir və heç kim ona müdaxilə edə bilməz.

May 19, 2017 13:18 Asia/Baku
Şərhlər