• İranın təhlükəsizlik naziri: Düşmənin bütün hərəkətləri izlənilir

İran İslam Respublikası təhlükəsizlik naziri bildirib: İranın təhlükəsizlik qüvvələri düşmənlərin istənilən məkrli planına qətiyyətli cavab verəcəkdir.

İran İslam Respublikası təhlükəsizlik naziri Seyid Mahmud Ələvi 12-ci prezident və 5-ci şəhər və kənd islam şuraları seçkilərində səs verdikdən sonra jurnalistlər qarşısında deyib: İran təhlükəsizlik qüvvələrinin ayıq-sayıqlığı və tam məlumatlı olması seçki günlərində ölkənin təhlükəsizlik və stabilliyinə zərbə vura biləcək istənilən hərəkətin müəyyənləşərək zərərsizləşdirilməsinə səbəb olub.ı

Ələvi əlavə edib: İndiyə qədər inqilab və təhlükəsizlik əleyhinə cərəyanların seçkilərin keçirildiyi gündə İranın təhlükəsizliyinə zərbə vura biləcək heç bir hal olmamışdır.

İranın təhlükəsizlik naziri həmçinin vətəndaşların seçkilərdə iştirakını ölkənin təhlükəsizliyi və stabilliyinə şərait yaratdığını bildirib.

İranda 12-ci prezident seçkiləri 5-ci şəhər və kənd islam şuraları seçkiləri ilə bu gün səhərdən başlanıb.

Seyid İbrahim Rəisi Sadati, Həsən Ruhani, Mustafa Ağa Mirsəlim və Mustafa Haşimitəba 12-ci İran prezidentliyinə 4 namizəddir.

May 19, 2017 14:39 Asia/Baku
Şərhlər