• Tehranın imam cüməsi İran xalqının iştirakını alqışlayıb
    Tehranın imam cüməsi İran xalqının iştirakını alqışlayıb

Tehranın müvəqqəti imam cüməsi İran vətəndaşlarının səsvermədə aktiv və möhtəşəm iştirakını önəmli adlandırıb.

Ayətullah Məhəmməd Əli Müvəhhidi Kirmani Tehranın bu həftəki cümə namazı xütbələrində prezident və şəhər və kənd islam şuraları seçkilərinin keçirilməsinə toxunub: İran vətəndaşları səsvermədə iştirak etməklə tam təhlükəsizliklə yanaşı sərbəst iştiraka malikdir. Bu çox önəmli məsələdir.

Tehranın bu həftəki cümə namazının xətibi bildirib: Dünyanın bir çox ölkəsi de-stabil olduğu halda İranın tam azadlığı və təhlükəsizliyi vardır. Həmin ölkələr İranda mövcud azadlıqdan heyrətləniblər və İranın təhlükəsizliyi kimi təhlükəsizliyi arzulayırlar.

Müvəhhidi Kirmani xatırladıb: İran xalqının birlik, iman, inqilab əhval-ruhiyyəsi sayəsində İranın stabilliyi, təhlükəsizliyi və azadlığı əldə olunmuşdur.

O həmçinin İslam Respublikasının hərbi və müdafiə potensialının gücləndirilməsini vurğulayıb: Silahlı qüvvələr İranın iqtidarında çox önəmli rola malikdir.

Ayətullah Müvəhhidi Kirmani həmçinin İraq və Suriya ordusu və xalq qüvvələrinin terror qruplaşmaları qarşısındakı qələbələri münasibəti ilə bu iki ölkə xalqı və dövlətlərini təbrik edib.

Tehranın bu həftəki müvəqqəti imam cüməsi sonda ABŞ prezidentinin ölkə daxilində və xaricində mənfur olmasına toxunub: ABŞ hökumətinin Yaxın Şərqdə terror qruplaşmaları və sionist rejimi dəstəkləmək üzrə siyasətləri Vaşinqtonun dünyada xar olması ilə nəticələnib.

May 19, 2017 14:57 Asia/Baku
Şərhlər