• İran seçkilərinin səsvermə müddəti uzadılıb

İranın Seçkilər Mərkəzi 12-ci prezident seçkilərinin müddətini saat 20:00-dək və 5-ci şəhər və kənd islam şuraları seçkilərinin müddətini isə saat 19:00-dək uzadıb.

İranın Seçkilər Mərkəzi bir bəyanatda bildirib: Səsvermə müddətinin uzadılması üzrə müraciətin olunması və İran daxili işlər nazirinin bu müraciətlə razılaşmasını nəzərə alaraq prezident seçkilərinin səsverməsinin müddəti iki saat yəni saat 20:00-dək uzadılır. 

İranın Seçkilər Mərkəzi həmçinin 5-ci şəhər və kənd islam şuraları seçkilərinin müddətini də bir saat yəni saat 19:00-dək uzadıb. 

May 19, 2017 19:20 Asia/Baku
Şərhlər