• Yaxın dəqiqələrdə İran prezident seçkilərinin ilkin nəticələri elan ediləcək
    Yaxın dəqiqələrdə İran prezident seçkilərinin ilkin nəticələri elan ediləcək

İranda 12-ci prezident seçkilərinin ilkin nəticələri yaxın dəqiqələrdə elan ediləcək.

Tehranın icra hakimi deyib ki, səsvermə şəraitinə malik olan tehranlıların 60%-dən çoxu 12-ci prezident seçkilərində iştirak edib.

İsa Fərhadi ISNA ilə müsahibədə Tehranda indiyədək sayılmış səslərin miqdarı barədə bildirib ki, indiyədək Tehranda səslərin əlli faizindən çoxunun sayılışı başa çatıbdır.

Tehranın icra hakimi deyib ki, səsvermə şəraitinə malik olan tehranlıların 60%-dən çoxu 12-ci prezident seçkilərində iştirak edib.

O, səslərinin sayılışının nəticələrinin daxili işlər nazirliyi tərəfindən elan ediləcəyini bildirib.

Fərhadi habelə Tehran şəhər şurası seçkilərinin nəticələrinin elan olunmasının zamanı barədə də belə deyib: Tehran şəhər şurası seçkilərinin nəticələrinin elan olunması seçiçilərin yazılış tərzindən asılıdır, amma bununla belə, bu seçkilərin nəticələrinin sayılışı üçün dörd gün nəzərdə tutulubdur.

May 20, 2017 07:33 Asia/Baku
Şərhlər