May 22, 2017 19:57 Asia/Baku
  • Ruhani: Azərbaycanla əlaqələrimi strateji formada mütləq davam etdirəcəyik
    Ruhani: Azərbaycanla əlaqələrimi strateji formada mütləq davam etdirəcəyik

İran İslam Respublikasının prezidenti daxili və xarici müxbirlərlə mətbuat konfransında etdiyi çıxışında deyib: Azərbaycan Respublikası bizim yaxşı əlaqəmiz olan ölkələrdən biridir və Azərbaycanla əlaqələrimizi strateji formada mütləq davam etdirəcəyik.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani daxili və xarici jurnalistlərlə mətbuat konfransında qarşıdakı 4 il ərzində Azərbaycan Respublikası ilə əlaqələrin xüsusiylə dəmiryolu nəqliyyatı sahəsində genişləndirmək üçün hansı proqramlarınız var? sualına cavabda deyib: Azərbaycan Respublikası bizim yaxşı qonşularımızdan biri olub və indidə belədir və biz bu ölkənin müstəqilliyinin başlanğıcından bəri onunla yaxşı əlaqələrə malik olmuşuq. 11-ci dövlətin fəaliyətə başlamasından sonra əlaqələrimiz daha da yaxşılaşıb və Azərbaycan prezidenti ilə görüşlərimizin sayı artıb. Biz Azərbaycanla iclaslarımızı hətta iki tərəfli formatdan daha genişləndirməyə də nail olmuşuq.

Ruhani deyib: Rusiya prezidenti Vladimir Putinin də iştirak etdiyi Bakıda keçirilən üçtərəfli iclaslar bu qəbildəndir və davam etdiriləcək, növbəti iclas da inşaallah Tehranda keçiriləcək. 

Həsən Ruhani Astaradan Azərbaycana, Rusiya və Gürcüstana dəmiryolu xətti barədə deyib: Bu layihəni Azərbaycan Respublikası ilə müştərək formada nəzərdə tutmuşuq və bizimlə Azərbaycanın müştərək investisiyası ilə yaxın zamanlarda inşa əməliyyatına başlanacaq və sonda deməliyəm ki, Azərbaycan Respublikası bizim yaxşı əlaqələrə malik olduğumuz ölkələrdən biridir və bu ölkə ilə əlaqələrimizi strateji formada mütləq davam etdirəcəyik. 

Teqlər

Şərhlər