May 27, 2017 20:49 Asia/Baku
  • İranda polad istehsalı həcmi 14% artıb
    İranda polad istehsalı həcmi 14% artıb

İran 2017-ci milad ilinin ilk dörd ayında 6 milyon 369 min ton polad istehsal edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.3% daha çoxdur.

İRİB-nin verdiyi məlumata görə, Ümumdünya Polad Assosasiyasının yaydığı məlumata görə, İran 2017-ciilin Aprel ayında 1 milyon 753 min ton polad istehsal edib. Ötən ilin Aprel ayında isə bu rəqəm 1 milyon 509 min ton olmuşdur.

Bu məlumata görə, polad istehsal edən 67 ölkənin ümumi istehsal həcmi cari ilin ilk 4 ayında 550 milyon 841 min ton olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.2% daha çoxdur.

Çin 273 milyon 870 min ton ilə ən iri polad istehsalçısı sayılır.

İran isə Türkiyədən sonra Yaxın Şərqdə ikinci ən iri polad istehsalçısıdır.

Teqlər